Yuxarı
    Bağlamaq

    ​Qərb dövlətləri 2022-ci il Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək istəmir

    Xərclərin çoxluğu və əhalinin böyük əksəriyyətinin narazılığı Oslo, Krakov, Lvov, Münhen və Stokholmun namizədliyini geri götürməsinə səbəb olub

    Bakı. 2 oktyabr. REPORT.AZ/ Norveçin hakim partiyası 2022-ci il Qış Olimpiya Oyunlarının Osloda keçirilməsinə razı olmayıb. “Report”un məlumatına görə, bu barədə Kral ailəsinin yaydığı məlumatda deyilir.

    Fevral ayında keçirilən referendumda əhalinin 55,9%-i Qış Olimpiya Oyunlarının Osloda keçirilməsinə razı olmayıb. Norveç hökuməti bunu tələblər və büdcə xərclərinin çox olması ilə əlaqələndirir. Belə ki, Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyən hər hansı ölkəyə Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən bir neçə tələb irəli sürülür. Belə ki, xüsusi şəhərdaxili və şəhərətrafı yollar çəkilməli, həmin yolların işıqlandırılması üçün BOK-un loqotipi olan lampalar asılmalı, Olimpiya Oyunları üçün ayrıca hava limanı tikilməli və ya mövcud hava limanında idmançılar üçün ayrıca giriş olmalı, hotellərin mini-barlarında ancaq “Coca-Cola” məhsulları istifadə edilməli, bütün BOK üzvləri “Samsung” markalı telefonla təmin edilməli, bütün görüş otaqlarının 68%-i qapadılmalı, bütün mebellər “Olimpia görünüşlü” olmalı, BOK üzvləri hotelə daxil olanda onlar gülərüzlə qarşılanmalıdır və s.

    Rəsmi Oslonun bu yarışda əsas rəqibləri Qazaxıstanın Astana və Çinin Pekin şəhərləridir. Son seçimlər 2015-ci il iyulun 31-də aparılacaq. Bu tarixə qədər isə Oslo öz namizədliyini geri götürə bilməz.

    Bundan öncəki mərhələdə isə Osloya rəqib olan şəhərlər sırasında Polşanın Krakov, Ukraynanın Lvov, Almaniyanın Münhen və İsveçin Stokholm şəhərlərinin adları olub. Lakin xərclərin çoxluğu və əhalinin böyük əksəriyyətinin narazılığı onların namizədliyini geri götürməsinə səbəb olub.

    Hazırda əsas şans sahibi olan şəhərlər Pekin və Astanadır. Xatırladaq ki, 2014-cü il Soçidə keçirilən Qış Olimpiya Oyunlarına Rusiya 51 mlrd. dollar xərcləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi