Putinlə Zelenski arasında telefon danışığı olub

Putinlə Zelenski arasında telefon danışığı olub Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Digər ölkələr
1396
26 İyul , 2020 19:16
Putinlə Zelenski arasında telefon danışığı olub

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Qeyd edilir ki, dövlət başçıları Ukraynadaxili böhranın nizama salınmasının müxtəlif aspektlərini müzakirə ediblər. Putin və Zelenski Donbasdakı yeni atəşkəs tədbirlərinin təmas qrupu tərəfindən razılaşmanı müsbət qiymətləndiriblər.

Rusiya prezidenti Minsk razılaşmasının reallaşmasının vacibliyini vurğulayıb. Dövlət başçıları əlaqə qrupu çərçivəsində danışıqların səmərəliliyinin artırılmasının zəruriliyini qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi