Putinlə Merkel arasında telefon danışığı olub

Putinlə Merkel arasında telefon danışığı olub Almaniya kansleri Angela Merkel ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Digər ölkələr
17 Dekabr , 2019 05:49
Putinlə Merkel arasında telefon danışığı olub

Almaniya kansleri Angela Merkel ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Qeyd edilir ki, Almaniyanın hökumət başçısı ilə Rusiyanın dövlət rəhbəri Liviyada yaranmış vəziyyəti müzakirə ediblər. Danışıqlarda əsas diqqət bu ölkədə yaranmış böhran probleminin həllinə ayrılıb.

Putin və Merkel Liviyada vəziyyətin pisləşməsinə yol verilməməsinin və sülh dialoqunun yenilənməsi ehtiyacının əhəmiyyətini qeyd ediblər.

Putin Rusiyanın bu istiqamətdə Almaniyanın və BMT-nin vasitəçilik səylərinə kömək etməyə hazır olduğunu təsdiqləyib.

Tərəflər həmçinin Ukrayna məsələsini və enerji təhlükəsizliyini də müzakirə ediblər. 

Son xəbərlər

Orphus sistemi