​Putinin nümayəndəsi: "İŞİD-lə mübarizədə Rusiya ilə "Taliban"ın maraqları üst-üstə düşür"

​Putinin nümayəndəsi: "İŞİD-lə mübarizədə Rusiya ilə "Taliban"ın maraqları üst-üstə düşür" Zamir Kabulov:"Biz Əfqanıstana silah göndərməyə hazırıq, ancaq bunu ehtiyat və kommersiya maraqları əsasında edəcəyik"
Digər ölkələr
24 Dekabr , 2015 10:31
​Putinin nümayəndəsi: İŞİD-lə mübarizədə Rusiya ilə Talibanın maraqları üst-üstə düşür

Bakı. 24 dekabr. REPORT.AZ/ "Terrorçu İŞİD-ə qarşı mübarizədə Rusiya ilə Əfqanıstandakı "Taliban" hərəkatının maraqları üst-üstə düşür".

"Report" BBC-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xairci İşlər Nazriliyinin idarə rəisi Zamir Kabulov bildirib.

"Biz Əfqanıstana silah göndərməyə hazırıq, ancaq bunu ehtiyat və kommersiya maraqları əsasında edəcəyik. İŞİD-ə qarşı mübarizədə Rusiya ilə "Taliban" hərəkatının maraqları üst-üstə düşür. Əvvəllər də demişəm ki, bizim "Taliban"la informasiya mübadiləsi üçün xüsusi kanalımız var", - deyə, xüsusi təmsilçi vurğulayıb.

Zamir Kabulov qeyd edib ki, NATO-nun Əfqanıstandakı hərbçilərinin əfqan təhlükəsizlik qüvvələrinin hazırlığını Rusiyanın Müdafiə Nazirliyi "səmərəli saymır".

Son xəbərlər

Orphus sistemi