Putinin mətbuat katibi prezidentin Yeni ili necə qeyd edəcəyi barədə danışıb

Putinin mətbuat katibi prezidentin Yeni ili necə qeyd edəcəyi barədə danışıb Prezident Yeni ili hamı kimi, yaxınları, dostları ilə birlikdə qeyd edəcək
Digər ölkələr
22 Dekabr , 2016 00:45
Putinin mətbuat katibi prezidentin Yeni ili necə qeyd edəcəyi barədə danışıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Yeni ili ənənəvi olaraq öz yaxınları, doğmaları ilə qarşılayacaq.

"Report" bildirir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov "MİR" telekanalına müsahibəsində bildirib.

O, qeyd edib ki, dövlət başçısı Yeni il gecəsində rusiyalılara tele-müraciətini izləyəcək.

"Prezident Yeni ili hamı kimi ənənəvi olaraq, yaxınları, dostları ilə birlikdə qeyd edəcək" – deyə Dmitri Peskov Putinin 2017-ci ili necə qeyd edəcəyi barədə suala cavabında deyib.

"Prezident özünün televiziya vasitəsilə xalqa müraciətini izləyəcəkmi?" – sualını Peskov "Əlbəttə, mən buna əminəm" - deyə cavablandırıb.

Son xəbərlər

Orphus sistemi