Putin: "Yaxın Şərqin bir vaxtlar sabit ölkələri indi dağıdılıb və biz bunun arxasında kimin dayandığını bilirik"

Putin: "Yaxın Şərqin bir vaxtlar sabit ölkələri indi dağıdılıb və biz bunun arxasında kimin dayandığını bilirik" "Rus qoşunları Suriyada ilk öncə Rusiya üçün döyüşür"
Digər ölkələr
3 Dekabr , 2015 13:52
Putin: Yaxın Şərqin bir vaxtlar sabit ölkələri indi dağıdılıb və biz bunun arxasında kimin dayandığını bilirik

Bakı. 3 dekabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin terrorizmlə mübarizə aparan rusiyalı hərbi xidmətçilərə təşəkkür edib.

"Report" xəbər verir ki, V.Putin Federasiya Şurasına illik müraciətində bu barədə danışıb.

Rusiya prezidenti bildirib ki, Rusiya terrorun nə olduğunu çoxdan bilir. Bu baxımdan, o, Rusiyada törədilmiş terror aktlarını qeyd edib: "Bir ölkənin səyləri ilə terrorizmə qalib gəlmək mümkün deyil. Terrorizm təhlükəsi artır".

Yaxın Şərqdəki durumu dəyərləndirən Putin "Yaxın Şərqin bir vaxtlar sabit ölkələri indi dağıdılıb və biz bunun arxasında kimin dayandığını bilirik" deyib.

Prezident bu terrorçuları ilk növbədə ölkə xaricində qarşılamaq lazım olduğunu və bu səbəbdən Suriyaya ordu göndərilməsinə qərar verildiyini deyib. O, bildirib ki, rus qoşunları Suriyada ilk öncə Rusiya üçün döyüşür. V.Putinin sözlərinə görə, terrorçuları Rusiya sərhədindən uzaqda məhv etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi