Putin və Tramp İran, Əfqanıstan və KXDR ilə bağlı məsələləri müzakirə edib

Putin və Tramp İran, Əfqanıstan və KXDR ilə bağlı məsələləri müzakirə edib Müzakirə telefon söhbəti zamanı baş tutub
Digər ölkələr
21 Noyabr , 2017 22:32
Putin və Tramp İran, Əfqanıstan və KXDR ilə bağlı məsələləri müzakirə edib

Bakı. 21 noyabr. REPORT.AZ/ Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp telefonla Şimali Koreya və Əfqanıstandakı vəziyyət və İranın nüvə proqramı ilə bağlı məsələləri müzakirə ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər Şimali Koreya yarımadasındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və problemin danışıqlar və diplomatik vasitələrlə həlli yollarının axtarılmasının məqsədəuyğun olduğunu qeyd ediblər.

Məlumatda bildirilir ki, iki ölkə lideri həmçinin terror və narkotik təhlükəsinin artması ilə əlaqədar narahatçılıq yaradan Əfqanıstandakı vəziyyətə toxunublar.

"İranın nüvə proqramı ilə bağlı yaranan vəziyyət də müzakirə olunub", - deyə məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi