Yuxarı
    Bağlamaq

    ​Putin və Obama Suriyadakı vəziyyəti müzakirə ediblər

    Prezidentlər hərbi əməliyyatların dayandırılması ilə bağlı fikir mübadiləsi aparıblar

    Bakı. 15 mart. REPORT.AZ/ Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obama telefonla Suriyadakı vəziyyəti müzakirə ediblər, həmçinin iki ölkənin Suriyada hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanatının həyata keçirilməsi gedişinin qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

    "Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

    "Dövlət başçıları Rusiya və ABŞ-ın Suriyaya Beynəlxalq Dəstək Qrupunun həmsədrləri kimi bu ölkədə hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanatın həyata keçirilməsi gedişinin qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar", - deyə məlumatda bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi