Putin və Obama G20 sammiti çərçivəsində bu gün ayrıca görüşəcəklər

Putin və Obama G20 sammiti çərçivəsində bu gün ayrıca görüşəcəklər Rusiya və ABŞ liderlərinin görüşünün formatı müəyyənləşdirilməyib
Digər ölkələr
5 Sentyabr , 2016 02:57
Putin və Obama G20 sammiti çərçivəsində bu gün ayrıca görüşəcəklər

Bakı. 5 sentyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın dövlət başçısı Barak Obama bu gün Çində, Qançjouda davam edən G20 sammiti çərçivəsində ayrıca görüş keçirəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, dövlət başçıları bununla bağlı bazar günü keçirilmiş "ayaq üstü" görüşdə razılığa gəliblər.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezidentlər Suriyanı müzakirə edə bilərlər.

Görüşün formatı hələlik tam razılaşdırılmayıb. G20-də Rusiya nümayəndə heyətindəki mənbə bildirib ki, nümayəndə heyəti danışıqlara Putin və Obamanın danışıqlarına hazırlaşır.

"Liderlər sabah (bu gün – "Report") görüşməyi razılaşdırıblar", - deyə Dmitri Peskov bildirib. Görüşün tamformatlı olub-olmayacağına gəlincə, Peskov görüşün formatının tam müəyyən olunmadığını deyib.

Son xəbərlər

Orphus sistemi