Putin: "Ukraynadakı böhran siyasi yolla həll olunmalıdır"

Putin: "Ukraynadakı böhran siyasi yolla həll olunmalıdır" "İndi biz Rusiya ilə yeni divarların tikilməsini müşahidə edirik"
Digər ölkələr
18 Dekabr , 2014 15:27
Putin: Ukraynadakı böhran siyasi yolla həll olunmalıdır

Bakı. 18 dekabr. REPORT.AZ/ "Öz vəzifəsini ürəkdən icra edən və ya Ukraynanın cənub-şərqində könüllü şəkildə iştirak edən bütün insanlar muzdlu deyil, çünki onlar buna görə pul almır". "Report" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin keçirdiyi illik mətbuat konfransında Ukraynadakı vəziyyət və Rusiya hərbçilərinin ölkənin şərqində mövcudluğunu şərh edərkən bildirib. 

"Ukraynanın cənub-şərqində cəza əməliyyatları Kiyev hakimiyyəti tərəfindən icra olunur. Onlar öz qüvvələrini bu regionda cəmləşdiriblər. Kiyevdə silahlı dövlət çevrilişindən sonra ölkənin bir qismi bununla razılaşmadı. Onlarla razılığa gəlmək əvəzinə, onlara qarşı güc tətbiq etdilər. Bunun Ukraynanın dövlətçiliyi üçün zərərli olduğunu hesab edirik. Ümid edirik ki, dialoq alınacaq".

V.Putin Minsk razılaşmaları haqqında sualı şərh edərkən qeyd edib ki, böhran mümkün qədər siyasi yolla həll olunmalıdır: "Biz Minsk müqavilələrinin yerinə yetirilməsinin tərəfdarıyıq. Mən Minskdəki görüşlərin birinin təşəbbüskarı olmuşam. Pyotr Poroşenko da vəziyyətin tənzimlənməsini istəyir".

O bildirib ki, Rusiya humanitar yardım karvanı göndərməklə Donbasa köməklik göstərməyə davam edəcək. 

Son xəbərlər

Orphus sistemi