Putin Ukrayna ərazisində Rusiya Silahlı Qüvvələrinin olmasını inkar edir

Putin Ukrayna ərazisində Rusiya Silahlı Qüvvələrinin olmasını inkar edir "Açıq və qəti şəkildə deyirəm Ukraynada Rusiya qoşunları yoxdur"
Digər ölkələr
16 Aprel , 2015 17:06
Putin Ukrayna ərazisində Rusiya Silahlı Qüvvələrinin olmasını inkar edir

Bakı. 16 aprel. REPORT.AZ/ Ukrayna ərazisində Rusiya qoşunları yoxdur. "Report" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin "birbaşa xətt" zamanı Ukraynanın cənub-şərqində Rusiya qoşunlarının olması məsələsini şərh edərkən bildirib. 

"Ukraynada rus qoşunlarının olub-olmaması sualına açıq və qəti şəkildə cavab verirəm: Ukraynada Rusiya qoşunları yoxdur. Yeri gəlmişkən, Ukraynanın cənub-şərqində baş verən son münaqişəyə dair ən yaxşı fikirləri Ukrayna Ordusunun Baş Qərargah rəisi xarici ölkələrdən olan həmkarları ilə görüşündə deyib. O bildirib ki, biz Rusiya ordusu ilə müharibə aparmırıq. Buna daha başqa nə əlavə edə bilərik?!", -  Rusiya prezidenti vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi