​Putin: Türkiyə "Su-24"ü İŞİD-in neft nəqlinin təhlükəsizliyini təmin etmək üçün vurub

​Putin: Türkiyə "Su-24"ü İŞİD-in neft nəqlinin təhlükəsizliyini təmin etmək üçün vurub "Suriya türkmənlərini müdafiə etmək, yalnız bəhanədir"
Digər ölkələr
30 Noyabr , 2015 23:45
​Putin: Türkiyə Su-24ü İŞİD-in neft nəqlinin təhlükəsizliyini təmin etmək üçün vurub

Bakı. 30 noyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva neftin sənaye miqyasında Türkiyə ərazisinə daxil olmaqda dam etdiyini sübuta yetirən məlumatlar əldə edib.

"Report"un verdiyi xəbərə görə, Putin izah edib ki, "Su-24" təyyarəsinin vurulması barədə qərar "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) əlində olan neftin satış məqsədi ilə limana təhlükəsiz nəqlini təmin etmək üçün qəbul olunub.

"Bizim, bu qərarın neftin Türkiyəyə daşınması yollarını müdafiə etmək zərurətindən irəli gəldiyini güman etmək üçün bütün əsaslarımız var", — deyə o bildirib.

Putinin sözlərinə görə, Suriya türkmənlərini müdafiə etmək, yalnız bəhanədir.

Son xəbərlər

Orphus sistemi