Bakı. 10 noyabr. REPORT.AZ/ Rusiya Federasiyasının prezidenti Vladimir Putin ABŞ-ın dövlət başçısı Vladimir Putinlə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığının sammiti çərçivəsində görüçəcək.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, "İyirmilər"in Hamburqakı toplantısından sonra dövlət başçılarının ikinci görüşü olacaq.
Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığının növbəti, 25-ci sammiti noyabrın 10-11-də Vyetnamda, Dananqda keçiriləcək.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Putinlə Tramp arasında görüş noyabrın 10-da baş tutacaq. Daha əvvəl Tramp özü görüşə hazırlıq və onun vacibliyi barəsində danışıb.
Görüşdə iki ölkənin münasibətləri ilə yanaşı, Suriya, terrorizmlə mübarizə, Ukrayna böhranı, KXDR məsələsinin müzakirə ediləcəyi bildirilir.