Putin Suriyadakı vəziyyəti Abu Dabinin vəliəhdi ilə müzakirə edəcək

Putin Suriyadakı vəziyyəti Abu Dabinin vəliəhdi ilə müzakirə edəcək Rusiya prezidenti bu gün Abu Dabinin vəliəhd şahzadəsi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd Əl-Nahayanı qəbul edəcək
Digər ölkələr
24 Mart , 2016 10:02
Putin Suriyadakı vəziyyəti Abu Dabinin vəliəhdi ilə müzakirə edəcək

Bakı. 24 mart. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin bu gün Abu Dabinin vəliəhd şahzadəsi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd Əl-Nahayanı qəbul edəcək. "Report" xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, danışıqlar zamanı Yaxın Şərq və Şimali Afrikadakı vəziyyətə dair hərtərəfli fikir mübadiləsinin aparılacağı gözlənilir.

"Əsas diqqət hərbi əməliyyatların dayandırılması barədə Rusiya-ABŞ razılaşması, eləcə də Rusiya dövlət başçısının Suriyadakı hərbi qrupların əsas hissəsinin çıxarılması barədə qərarı fonunda Suriyadakı vəziyyətin siyasi həllinə yönələcək", - mətbuat xidmətindən bildiriblər.

Son xəbərlər

Orphus sistemi