Bakı. 31 oktyabr. REPORT.AZ/ Rusiya konfrontasiyaya qoşulmaq niyyətində deyil, lakin bütün problemlər üzrə bərabərhüquqlu dialoqa hazırdır. "Report" "RİA-Novosti"yə istinadən xəbər verir ki, bu barədə RF prezidenti Vladimir Putin bildirib.
"Vurğulamaq istəyirəm ki, Rusiya boynumuza zorla qoyulan konfrontasiyaya qoşulmaq niyyətində deyil. Biz bütün qlobal və regional problemlər üzrə bərabərhüquqlu dialoqa hazırıq. Bizim hərbi doktrinamız müdafiə xarakteri daşıyır. Onun həyata keçirilməsində əsas məqsəd - ölkənin suverenliyini, vətəndaşlarımızın dincliyini təmin etməkdir" - deyə, prezident ali zabitlərə yüksək vəzifə və rütbələrin verilməsi ilə bağlı Kremldə keçirilən görüşdə qeyd edib.