Putin: Rusiya heç kəslə müharibə aparmaq niyyətində deyil

Putin: Rusiya heç kəslə müharibə aparmaq niyyətində deyil "Rusiya tək qütblü dünya modelini heç vaxt dəstəkləməyəcək"
Digər ölkələr
7 Fevral , 2015 22:03
Putin: Rusiya heç kəslə müharibə aparmaq niyyətində deyil

Bakı. 7 fevral. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin ölkəsinin heç kəslə müharibə aparmaq niyyətində olmadığını deyib.

"Report" RİA "Novosti" agentliyinə istinadla xəbər verir ki, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının IX Qurultayında çıxış edən V. Putin bildirib ki, müəyyən qüvvələr Rusiyanın inkişafından narahatdır ve bu prosesin qarşısını almaq istəyir.

"Tək qütblü dünya quruluşu modelini qoruyub saxlamaq istəyən qüvvələrin başında ABŞ dayanır", - deyən Rusisya prezidenti, rəsmi Moskvanın bu növ siyasi dərrakəyə qarşı olduğunu vurğulayıb.

V.Putinin sözlərinə görə, Rusiya tək qütblü dünya modelini heç vaxt dəstəkləməyəcək: "Bəlkə kimsə "yarı işğal edilmiş ölkə" statusunda qalmaq istəyir. Biz isə buna imkan verməyəcəyik. Ancaq müharibə aparmaq niyyətimiz də yoxdur. Əksinə əməkdaşlıqdan yanayıq" .

Rusiya prezidenti həmçinin deyib ki, ölkəsinə qarşı tətbiq olunan sanksiyalar heç bir nəticə verməyəcək.

Son xəbərlər

Orphus sistemi