Yuxarı

Putin Rusiya aviaqruplarının Suriyada yerləşdirilməsiylə bağlı qanun layihəsini Dövlət Dumasına təqdim edib

Sənəddə Rusiya aviaqruplarının Suriya ərazisində hansıa müddətə yerləşdirilməsinə dair bənd yoxdur

Bakı. 9 avqust. REPORT.AZ/ Prezident Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin aviaqruplarının Suriya ərazisində yerləşdirilməsi ilə bağlı Bəşşar Əsəd hökuməti ilə imzalanan sənədin ratifikasiya edilməsi barədə qanun layihəsini Dövlət Dumasına təqdim edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının rəsmi saytı məlumat yayıb. 

Qeyd edək ki, müvafiq saziş 2015-ci il avqustun 26-da Dəməşqdə Rusiya və Suriya Müdafiə Nazirliyi arasında imzalanıb. Sənədə əsasən, Suriya ərazisində Rusiya aviasiya qrupunun mövcudluğu regionda sülh və sabitliyin qorunması məqsədlərinə cavab verir, müdafiə xarakteri daşıyır və digər dövlətlərə qarşı yönəlməyib. Sənəddə o da vurğulanıb ki, Rusiya aviaqrupu ödənişsiz əsasda tam infrastrukturla birgə Hmeymim aerodromunda yerləşəcək.

Xatırladaq ki, sənəddə Rusiya aviaqruplarının Suriya ərazisində hansıa müddətə yerləşdirilməsinə dair bənd yoxdur. Tərəflərin hər biri digərini yazılı formada xəbərdar etməklə sənədin qüvvədən düşməsini təmin edə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi