​Putin: "Rusiya ABŞ-ın Rumıniyadakı RƏM təhlükəsinə qarşı cavab tədbirləri görəcək"

​Putin: "Rusiya ABŞ-ın Rumıniyadakı RƏM təhlükəsinə qarşı cavab tədbirləri görəcək" "Bu kompakt qurğulara zərbə kompleksləri yüklənə bilər"
Digər ölkələr
28 May , 2016 01:36
​Putin: Rusiya ABŞ-ın Rumıniyadakı RƏM təhlükəsinə qarşı cavab tədbirləri görəcək

Bakı. 28 may. REPORT.AZ/ Rusiya ABŞ-ın Rumıniyada RƏM elementləri yerləşdirməsi nəticəsində yaranacaq təhlükəni azaltmaq üçün cavab tədbirləri görmək məcburiyyətində qalacaq.

"Report" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Yunanıstanın baş naziri ilə danışıqların sonunda keçirilən mətbuat konfransında bildirib.

"Biz indi buna müvafiq şəkildə reaksiya vermək məcburiyyətində qalacağıq və dünən Rumıniyanın hədəfə çevriləcəyini bilməyən ərazilərinə qarşı bu gün öz təhlükəsizliyimizi təmin etmək üçün müəyyən işlər görmək lazım gələcək", - deyə o qeyd edib.

Rusiya prezidenti bildirib ki, Rumıniyada atış məsafəsi 500 km. olan raketlər yerləşdirilir, bir neçə ildən sonra isə bu min km. məsafəli raketlər olacaq.

"Biz hətta bu raketlərin nə zaman silahlanmaya alınacağı vaxtı da bilirik. Bu bizim üçün necə təhlükə yaratmaya bilər? Özü də nüvə qüvvələrimizə təhlükə yaradır. Lakin daha pisi var, pis odur ki, bu kompakt qurğulara elə indi zərbə kompleksləri, zərbə raketləri yüklənə bilər, bu isə 2 min 400 km. məsafə deməkdir", - deyə Putin diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi