Putin Qərbi seçkiləri pozmağa cəhdə günahlandırır

Putin Qərbi seçkiləri pozmağa cəhdə günahlandırır "Rusiyanı qorxutmaq cəhdləri heç vaxt baş tutmayacaq"
Digər ölkələr
26 Mart , 2015 20:00
Putin Qərbi seçkiləri pozmağa cəhdə günahlandırır

Bakı. 26 mart. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Qərb dövlətlərini yaxın bir neçə ildə ölkəsində keçiriləcək seçkiləri pozmaqda günahlandırıb.

"Report"un Azadlıq radiosuna istinadən verdiyi xəvərə görə, martın 26-da Federal Təhlükəsizlik Xidmətinin yüksək rütbəli məmurları ilə görüşdə o, deyib ki, Qərbin xüsusi xidmət orqanları 2016-2018-ci illərdə keçiriləcək seçkilər ərəfəsində Rusiyaya qarşı bir sıra tədbirlər planlaşdırır.

"Qərb ölkələri siyasi təcrid və iqtisadi təzyiqlərdən tutmuş iri miqyaslı informasiya müharibəsi və casusluq fəaliyyətinədək Rusiyanın qarşısını almaq üçün bütün tədbirlərə əl atmaqdadır", deyən V. Putun vurğulayıb ki, "Rusiyanı qorxutmaq cəhdləri heç vaxt baş tutmayacaq".

Son xəbərlər

Orphus sistemi