Putin Qərbi Rusiyanın irəliləyişini pozmağa çalışmaqda ittiham edib

Putin Qərbi Rusiyanın irəliləyişini pozmağa çalışmaqda ittiham edib "Rusiya öz maraqlarını müdafiə etməyə cəhd göstərəndə Qərb ölkələri bunu geosiyasi rəqabət niyyəti kimi qəbul edirlər"
Digər ölkələr
26 Aprel , 2015 21:02
Putin Qərbi Rusiyanın irəliləyişini pozmağa çalışmaqda ittiham edib

Bakı. 26 aprel. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrini ölkəsinin inkişafının qarşısnı almağa səy göstərməkdə ittiham edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, "Rossiya-1" telekanalında nümayiş etdirilmiş televiziya filmində Vladiimir Putin bildirib ki, Rusiyanın Ukraynaya münasibətdə yürütdüyü siyasət beynəlxalq hüququ və "oyun qaydalarını" pozmur.

Onun fikrində, Moskvaya qarşı beynəlxalq sanksiyalar Rusiaynın irəliləyişinin qarşısını kəsmək məqsədi güdür.

Vladimir Putin hesab edir ki, Rusiya öz maraqlarını müdafiə etməyə cəhd göstərəndə Qərb ölkələri bunu geosiyasi rəqabət niyyəti kimi qəbul edirlər.

Putinin sözlərinə görə Qərb Rusiyaya qarşı bu cür siyasəti hələ çar dövrlərindən yürütməkdədir: "Onlar istəyir ki, Rusiya onların qarşısında həmişə yardım dilənən bir ölkə kimi özünü tutsun".

Son xəbərlər

Orphus sistemi