Yuxarı

"Normand dördlüyü" liderləri Donbass münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər

Onlar Minsk sazişlərinə bağlılıqlarını təsdiqləyiblər

Bakı. 24 may. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Pyotr Poroşenko arasında çərşənbə axşamına keçən gecə telefon söhbəti olub.

"Report" xəbər verir ki, bu barədə Yelisey sarayının məlumatında bildirilir.

Söhbət zamanı Ukrayna böhranının nizamlanması məsələləri müzakirə olunub və tərəflər Minsk sazişlərinin reallaşdırılmasına bağlı olduqlarını təsdiq ediblər.

"Üç prezident və bir kansler Minsk sazişlərinə bağlılıqlarını və onların tam həcmdə və mümkün qədər tez həyata keçirilməsi üçün hər şey etməkdə qətiyyətli olduqlarını təsdiqləyiblər", — deyə Olland administrasiyasının rəsmi məlumatında bildirilir.

Onlar hərbi texnikanın və qoşunların geri çəkilməsi, həmçinin əsirlərin mübadiləsi də daxil olmaqla Ukraynanın şərqində atəşkəs rejiminə riayət olunması üçün bütün tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi