​Putin Nemtsovun sifarişlə qətlə yetirildiyini bildirib

​Putin Nemtsovun sifarişlə qətlə yetirildiyini bildirib O, qətlin araşdırılması barədə göstəriş verib
Digər ölkələr
28 Fevral , 2015 03:48
​Putin Nemtsovun sifarişlə qətlə yetirildiyini bildirib

Bakı. 28 fevral. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin bildirib ki, müxalifətdən olan siyasətçi Boris Nemtsovun qətlində "sifarişin bütün əlamətləri var".

"Report" xəbər verir ki, bu barədə TASS-a Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Putin qeyd edib ki, bu dəhşətli qətldə sifarişin bütün əlamətləri var və tamamilə təxribat xarakteri daşıyır", - deyə prezidentin mətbuat katibi bildirib.

Putin İstintaq Komitəsi, Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinə qətlin təhqiqatı ilə məşğul olmaq göstərişi verib.

Şənbə gününə keçən gecə Nemtsov Moskvanın mərkəzində ölmüş vəziyyətdə tapılıb.

Son xəbərlər

Orphus sistemi