​Putin neftin qiymətinin düşməsinin səbəbini açıqlayıb

​Putin neftin qiymətinin düşməsinin səbəbini açıqlayıb "Xammal dünya iqtisadiyyatı həcmlərinin ümumi azalması fonunda ucuzlaşır"
Digər ölkələr
25 Yanvar , 2016 22:27
​Putin neftin qiymətinin düşməsinin səbəbini açıqlayıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin neftin qiymətinin düşməsinin səbəbini açıqlayıb. Onun sözlərinə görə, xammal dünya iqtisadiyyatı həcmlərinin ümumi azalması fonunda ucuzlaşır.

"Report" xəbər verir ki, bu barədə o Ümumrusiya Xalq Cəbhəsinin regionlararası forumunun Stavropolda keçirilən iclasında açıqlama verib.

Dövlət başçısı qeyd edib ki, neft bazarı karbohidrogen xammalına həddindən artıq doyub. Putinin sözlərinə görə, Rusiya bu şəraitdə daxili resurslarını inkişaf etdirməlidir.

Son xəbərlər

Orphus sistemi