Dmitri Peskov: "Maduro Putindən yardım istəməyib"

Dmitri Peskov: "Maduro Putindən yardım istəməyib" Bakı. 25 yanvar. REPORT.AZ/ “Venesuelanın Prezidenti Nikolas Maduro Rusiya Prezidenti Vladimir Putindən ölkədəki siyasi böhranla bağlı yardım istəməyib”.
Digər ölkələr
25 yanvar 2019 10:33
Dmitri Peskov: Maduro Putindən yardım istəməyib
RT

Bakı. 25 yanvar. REPORT.AZ/ “Venesuelanın Prezidenti Nikolas Maduro Rusiya Prezidenti Vladimir Putindən ölkədəki siyasi böhranla bağlı yardım istəməyib”.

“Report” RT-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentlər arasında sonuncu telefon danışığı barədə açıqlamasında deyib.

"Vladimir Putin yaranmış vəziyyətin ölkə Konstitusiyası çərçivəsində həll edilməsini məsləhət görüb. Xaricdən dağıdıcı müdaxilə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur”, - Rusiya Prezidenti venesuelalı həmkarına bildirib.

Qeyd edək ki, yanvarın 23-də Venesuela parlamentinin sədri Xuan Quaido müvvəqəti Prezident elan olunub

Son xəbərlər

Orphus sistemi