Yuxarı

Putin ilin sonunadək Yaponiyaya səfər edəcək

Tərəflər layihələrin ilin sonuna kimi reallaşdırılması üçün bütün zəruri imkanlardan istifadə edilməsini razılaşdırıblar

Bakı. 4 sentyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinin Yaponiyaya bu ilin sonuna qədər səfəri baş tuta bilər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O, bildirib ki, tərəflər bir sıra layihələrin ilin sonuna kimi reallaşdırılması üçün zəruri olan bütün imkanlardan istifadə edilməsini razılaşdırıblar.

Qeyd edək ki, bu gün Vladimir Putin Çində keçirilən G20 sammitində Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi