Putin Ərdoğanı referendumun nəticələri ilə bağlı təbrik edib

Putin Ərdoğanı referendumun nəticələri ilə bağlı təbrik edib Putinlə Ərdoğan arasında telefon danışığı olub
Digər ölkələr
18 Aprel , 2017 22:08
Putin Ərdoğanı referendumun nəticələri ilə bağlı təbrik edib
Foto: "Anadolu"

Bakı. 18 aprel. REPORT.AZ/ Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, danışıq Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Vladimir Putin türkiyəli həmkarını aprelin 16-da keçirilmiş referendumun nəticələri ilə bağlı təbrik edib. 

Dövlət başçıları həmçinin Suriya məsələsini də müzakirə ediblər. Ölkə prezidentləri Suriyanın İdlib vilayətində kimyəvi silahdan istifadənin dəqiq və qərəzsiz araşdırılması zəruriliyini qeyd ediblər.   

Son xəbərlər

Orphus sistemi