Putin Əfqanıstandakı vəziyyətdən narahatdır

Putin Əfqanıstandakı vəziyyətdən narahatdır Rusiya prezidenti Vladimir Putin Əfqanıstandakı vəziyyətin narahatlıq doğurduğunu deyib.
Digər ölkələr
6 Dekabr , 2021 22:21
Putin Əfqanıstandakı vəziyyətdən narahatdır
Vladimir Putin
0 : 00
0 : 00

Rusiya prezidenti Vladimir Putin Əfqanıstandakı vəziyyətin narahatlıq doğurduğunu deyib.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

O, bu barədə Hindistanın baş naziri Narendra Modi ilə danışıqlar zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya xüsusilə terror, narkotik və mütəşəkkil cinayətkarlıq problemlərindən narahatdır. Putin vurğulayıb ki, Rusiya və Hindistanın bir çox məsələlərdə mövqeləri üst-üstə düşür.

Rusiya lideri əlavə edib ki, Rusiya və Hindistan öz ərazilərində birgə hərbi təlimlər keçirir və bu yaxınlarda 2+2 formatında (müdafiə və xarici işlər nazirləri – Red) görüşü tərəflərin belə əlaqələri inkişaf etdirmək istəyini vurğulayır.

Son xəbərlər

Orphus sistemi