Bakı. 14 aprel. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinin ölkə əhalisi ilə birbaşa bağlantısı 3 saat 40 dəqiqə davam edib.
"Report" xəbər verir ki, V.Putin ölkənin müxtəlif nöqtələrindən SMS, sosial şəbəkələr, elektron poçt və telefon zəngləri vasitəsilə gələn sulların 75-dən çoxunu cavablandırıb.
Ümumilikdə isə əsasən ölkədəki iqtisadi vəziyyət, infrastrukturun yaxşılaşdırılması, dövlət idarəetməsinin təkmilləşdirilməsi, Rusiyanın xarici siyasəti ilə bağlı 3 milyondan çox sual daxil olub.