Yuxarı
    Bağlamaq

    Puerto-Rikodakı referendumda seçicilər ABŞ-a birləşməyi dəstəkləyib

    Bu, Puerto-Rikonun statusu ilə bağlı beşinci referendumdur

    Bakı. 12 iyun. REPORT.AZ/ Puerto-Riko sakinləri keçirilən referendumda ada ölkənin ABŞ-a birləşdirilməsi ilə bağlı Birləşmiş Ştatlar Konqresinə müraciət ünvanlanmasını dəstəkləyib.

    "Report" BBC-yə istinadən xəbər verir ki, referendumda yalnız 23% seçici iştirak edib. Seçki məntəqələrinə gələnlərin 97%-i ABŞ-a qoşulmağın lehinə səs verib.

    Qeyd edək ki, referendum nəticələri Puerto-Riko hökumətini birləşmək prosedurunu başlamağa məcbur etmir. Bundan əlavə, yekun qərarı ABŞ Konqresi verəcək.

    Ümumiyyətlə, bu, Puerto-Rikonun statusu ilə bağlı beşinci referendumdur, bundan əvvəlki 2012-ci ildə keçirilib. O zaman seçicilərin 60%-i ABŞ-a qoşulmanın lehinə səs verib. Lakin ABŞ Konqresi referendumdan sonra heç bir addım atmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi