​Puerto-Rikoda yanan gəmidən 500-dən çox insan təxliyə olunub

​Puerto-Rikoda yanan gəmidən 500-dən çox insan təxliyə olunub Onlardan 250 nəfərinin tibbi yardıma ehtiyacı var
Digər ölkələr
17 Avqust , 2016 23:16
​Puerto-Rikoda yanan gəmidən 500-dən çox insan təxliyə olunub

Bakı. 17 avqust. REPORT.AZ/ Xilasedicilər Puerto-Riko sahillərində yanmış gəmidən 500-dən çox sərnişini və ekipaj üzvlərini təxliyə ediblər.

"Report"un məlumatına görə, bu barədə "Associeted Press" agentliyi xəbər yayıb.

Məlumata görə, Puerto-Riko və Dominikan Respublikasının arasında üzən "Caribbean Fantasy" gəmisi Puerto-Rikonun paytaxtı San-Xuanda, reyddə yanıb.

ABŞ-ın sahil mühafizəsinin Twitter sosial şəbəkəsindəki mikrobloqunda isə bildirilir ki, yanmış bərənin komandasının təxliyəsi uğurla başa çatıb. Verilən məlumata görə, onlardan təxminən 250 nəfərinin tibbi yardıma ehtiyacı var.

Gəmidə 26 ekipaj üzvü olub.

Son xəbərlər

Orphus sistemi