Puerto-Rikoda 2975 nəfər "Mariya" qasırğasının qurbanı olub

Puerto-Rikoda 2975 nəfər "Mariya" qasırğasının qurbanı olub Bakı. 29 avqust. REPORT.AZ/ Puerto-Rikonun qubernatoru Mariya qasırğası qurbanlarının sayını açıqlayıb.
Digər ölkələr
29 Avqust , 2018 01:54
Puerto-Rikoda 2975 nəfər Mariya qasırğasının qurbanı olub

Bakı. 29 avqust. REPORT.AZ/ Puerto-Rikonun qubernatoru "Mariya" qasırğası qurbanlarının sayını açıqlayıb.

"Report"un məlumatına görə, bu barədə "NBC" xəbər verib.

Xəbərdə bildirilir ki, qubernator bir müddət əvvəl tüğyan etmiş təbii hadisə zamanı 2975 nəfərin həlak olduğunu etiraf edib.

"Biz rəsmən 2975 nəfərin həlak olduğunu təsdiqləyirik", - deyə o bildirib. Qeyd edək ki, qasırğa ölkənin təsərrüfatına da ciddi zərər vurub. Təbii hadisə nəticəsində yüzlərlə ev dağılıb, yollar, sənaye müəssisələri sıradan çıxıb.  

Son xəbərlər

Orphus sistemi