Prezidentliyinin ilk həftəsində Baydenə etimad reytinqi 54 % olub

Prezidentliyinin ilk həftəsində Baydenə etimad reytinqi 54 % olub Bu, keçmiş prezident Donald Trampın prezidentliyi bütün dövrlərində olan etimad səviyyəsindən daha yüksəkdir
Digər ölkələr
28 Yanvar , 2021 18:12
Prezidentliyinin ilk həftəsində Baydenə etimad reytinqi 54 % olub
Cozef Bayden

ABŞ prezidenti Cozef Baydenin prezidentliyin ilk həftəsindəki etimad reytinqi 54 % təşkil edib. Bu isə keçmiş prezident Donald Trampın prezidentliyinin bütün dövrlərində olan etimad səviyyəsindən daha yüksəkdir.

“Report” xəbər verir ki, bunu Monmut Universiteti tərəfindən aparılan ictimai rəy sorğusunun nəticələrindən görmək olar.

“Prezident Bayden səlahiyyət müddətinə amerikalıların əksəriyyətinin dəstəyini alaraq başlayır... Prezidentin indiki reytinqi artıq Donald Trampın prezidentliyinin bütün dövründə olan göstəricilərdən daha yüksəkdir”, - universitetin press-relizində deyilir.

Qeyd olunub ki, respondentlərin 30 %-i də Baydenin fəaliyyətini bəyənmir. Digər tərəfdən, etimad səviyyəsi respondentlərin partiya mənsubiyyətindən asılıdır. Belə ki, Demokratlar arasında bu göstərici 90 %-ə, müstəqil seçicilər arasında 47 %-ə, Respublikaçılar arasında isə yalnız 15 %-ə bərabərdir.

Son xəbərlər

Orphus sistemi