ABŞ və Misir prezidentləri terrorçuluğa qarşı mübarizəni müzakirə ediblər

ABŞ və Misir prezidentləri terrorçuluğa qarşı mübarizəni müzakirə ediblər Bakı. 2 yanvar. REPORT.AZ/ Amerika lideri Donald Tramp Misir prezidenti Əbdül Fəttah əs-Sisi ilə terrorçuluğa qarşı mübarizəni müzakirə edib.
Digər ölkələr
3892
2 Yanvar , 2019 06:49
ABŞ və Misir prezidentləri terrorçuluğa qarşı mübarizəni müzakirə ediblər

Bakı. 2 yanvar. REPORT.AZ/ Amerika lideri Donald Tramp Misir prezidenti Əbdül Fəttah əs-Sisi ilə terrorçuluğa qarşı mübarizəni müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi ABŞ administrasiyasında yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

"Prezident Tramp bu gün Misir prezidenti Əbdül Fəttah əs-Sisi ilə danışıb. Onlar Birləşmiş Ştatlar və Misir arasında strateji əməkdaşlığı təsdiq ediblər", - deyə mənbə bildirib. 

Mənbə həmçinin qeyd edib ki, tərəflər yeni ildə münasibətləri gücləndirməyi, xüsusilə terrorizmlə mübarizəni və regional sabitliyin yaxşılaşdırılmasını öhdələrinə götürüblər.

Son xəbərlər

Orphus sistemi