"Press Association": Skripalı zəhərləməkdə şübhəli bilinənlər müəyyən ediliblər

"Press Association": Skripalı zəhərləməkdə şübhəli bilinənlər müəyyən ediliblər Bakı. 19 iyul. REPORT.AZ/ Böyük Britaniya polisi Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliyanın Solsberi şəhərində zəhərlənməsi işində şübhəli bilinən şəxsləri müəyyən edib.
Digər ölkələr
19 İyul , 2018 09:58
Press Association: Skripalı zəhərləməkdə şübhəli bilinənlər müəyyən ediliblər
Reuters/«Газета.Ru»
0 : 00
0 : 00

Bakı. 19 iyul. REPORT.AZ/ Böyük Britaniya polisi Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliyanın Solsberi şəhərində zəhərlənməsi işində şübhəli bilinən şəxsləri müəyyən edib.

"Report" xəbər verir ki, bu barədə "Press Association" istintaqın gedişatı ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bu işdə bir neçə rusiyalının adı hallanır, hazırda hüquq-mühafizə orqanları əməkdaşları bir çox adamı axtarır.

"Müstəntiqlər videonəzarət sistemi vasitəsilə hücum edən şübhəli şəxsləri müəyyən etdiklərini düşünürlər. Onlar vidoegörüntülərdən əldə etdikləri məlumatı təxminən elə həmin dövrdə ölkəyə daxil olan insanlarla tutuşdurublar. Onlar bu şəxslərin rusiyalı olduğundan əmindirlər", - mənbə bildirib.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun atasını görmək üçün Moskvadan gələn qızı Yuliya martın 4-də Solsberidə ticarət mərkəzinin yaxınlığındakı oturacaqda huşsuz halda tapılıb. Onlar nadir sinir iflicedici maddədən zəhərlənmə ilə xəstəxanaya çatdırılıblar. Ata və qızı reanimasiyaya koma vəziyyətində gətiriliblər. İnsident nəticəsində ümumilikdə 21 nəfər, o cümlədən hadisə yerinə ilk gələn polis məmuru Nik Beyli xəsarət alıb.

Skotland-Yarddan bildiriblər ki, zəhərlənmə sonradan hərbi zəhərləyici "Noviçok" sinifinə daxil edilən sinir iflicedici maddədən olub. Britaniya hökuməti isə Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib və bu işdə Moskvanı ittiham edib.

Rusiya tərəfi isə bu iitihamları qəti şəkildə rədd edərək, istintaqla bağlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi