Praqada avtobus qəzası baş verib, ölənlər və yaralananlar var

Praqada avtobus qəzası baş verib, ölənlər və yaralananlar var Polis hadisə ilə bağlı istinaqa başlayıb
Digər ölkələr
12 Yanvar , 2018 22:48
Praqada avtobus qəzası baş verib, ölənlər və yaralananlar var

Bakı. 12 yanvar. REPORT.AZ/ Çexiyanın paytaxtı Praqada şərnişin avtobusu "Škodа Superb" markalı avtomobilə, sonra isə yolun kənarındakı ağaca çırpılıb.

"Report" RİA "Novosti"-yə istinadən xəbər verir ki, hadisə nəticəsində azı üç nəfər ölüb, aralarında 2 uşaq olmaqla, 30-a yaxın sərnişin xəsarət alıb.

Bir neçə sərnişinin deformasiyaya uğramış avtobusun içində qaldığı bildirilir. Hazirda yanğın söndürən briqadanın əməkdaşları sərnişinlərin avtobusdan çıxarılması ilə məşğul olur.

Hadisə yerinə 11 təcili yardım briqadası cəlb olunub. Qəza ilə əlaqədar rayonda nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Polis hadisə ilə bağlı istinaqa başlayıb. 

Son xəbərlər

Orphus sistemi