Praqa məhkəməsi Çexiya prezidentinə hücum etmiş FEMEN fəalı barədə qərar çıxarıb

Praqa məhkəməsi Çexiya prezidentinə hücum etmiş FEMEN fəalı barədə qərar çıxarıb Məhkəmə Diaşı beş ay müddətinə azadlıqdan şərti məhkum edib
Digər ölkələr
15 Yanvar , 2018 01:37
Praqa məhkəməsi Çexiya prezidentinə hücum etmiş FEMEN fəalı barədə qərar çıxarıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Praqada məhkəmə Çexiya prezidenti Miloş Zemana hücum etmiş "FEMEN" hərəkatının ukraynalı fəalı Anjeline Diaş barəsində qərar çıxarıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu haqda Diaşın vəkili Lusiya Qrda bildirib.

Qeyd edilir ki, məhkəmə Diaşı beş ay müddətinə azadlıqdan şərti məhkum edib, həmçinin onun Çexiyadan deportasiya olunması barədə qərar çıxarıb. İttiham edilən şəxs özünü günahkar saymayıb. O, bildirib ki, "sülhsevər etiraz edib".

Çexiyada keçirilən prezident seçkiləri zamanı Diaş seçki məntəqələrindən birində dövlət başçısına hücum edərək onu təhqir edib. 

Son xəbərlər

Orphus sistemi