Portuqaliyanın keçmiş prezidenti vəfat edib

Portuqaliyanın keçmiş prezidenti vəfat edib O, dekabrda dərin koma vəziyyətində xəstəxanaya yerləşdirilmişdi
Digər ölkələr
7 Yanvar , 2017 21:49
Portuqaliyanın keçmiş prezidenti vəfat edib

Bakı. 7 yanvar. REPORT.AZ/ Portuqaliyanın keçmiş prezidenti Mariu Suariş 92 yaşında dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə "France Press" xəəstəxanadanın nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, o, dekabrda dərin koma vəziyyətində xəstəxanaya yerləşdirilib. Portuqliyanın Sosialist Partiyasının qurucusu olmuş Mariu Suariş iki dəfə ölkənin baş naziri olub. Bununla yanaşı, 1986-1996-cı illərdə prezident vəzifəsinin səlahiyyətlərini icra edib.

O, dövlət başçısı vəzifəsindən getdikdən sonra, 1999-2004-cü illərdə Avropa Parlamentinin deputatı olub. Mariu Suariş 2006-cı ildə növbəti dəfə sosialistlərin prezidentliyə namizədi olsa da, seçkilərdə uduzub.

Son xəbərlər

Orphus sistemi