Portuqaliyada “sarı jiletlilər” etirazlara başlayır

Portuqaliyada “sarı jiletlilər” etirazlara başlayır Bakı. 21 dekabr. REPORT.AZ/ Fransada əsası qoyulan “sarı jiletlilər” hərəkatının etiraz aksiyaları hazırda Portuqaliyada keçirilir.
Digər ölkələr
21 Dekabr , 2018 15:32
Portuqaliyada “sarı jiletlilər” etirazlara başlayır
0 : 00
0 : 00

Bakı. 21 dekabr. REPORT.AZ/ Fransada əsası qoyulan “sarı jiletlilər” hərəkatının etiraz aksiyaları hazırda Portuqaliyada keçirilir.

“Report” EFE agentliyinə istinadən xəbər verir ki, tezliklə paytaxt Lissabonun mərkəzində nümayiş gözlənilir.

“Portuqaliya sarı jiletliləri” hərəkatı sosial şəbəkələr vasitəsilə ölkənin 17 şəhərində 25 aksiya keçirmək üçün çağırışlar yayıb. Bununla bağlı hökumət artıq 20 minədək polisi səfərbər etməklə yanaşı, etirazların dinc məcrada keçiriləcəyini güman edir.

Aksiyalarda minimum əmək haqqının və işsizlik müavinətinin artırılması, əlavə dəyər vergisinin və kiçik müəssisələr üçün verginin azaldılması tələbləri irəli sürüləcək.

Xatırladaq ki, Fransada “sarı jiletlilər” noyabrın 17-dən etibarən yanacağın bahalaşmasına və vergilərin artırılmasına qarşı minlərlə etiraz aksiyası keçirib.

Son xəbərlər

Orphus sistemi