Yuxarı

Portuqaliyada növbəti parlament seçkiləri keçiriləcək

“Portuqaliya İrəli” koalisiyasının daha çox mandat qazanmaq şansı var

Bakı. 3 oktyabr. REPORT.AZ/ Oktyabrın 4-də Portuqaliyada növbəti parlament seçkiləri keçiriləcək. Səsvermədə 9,6 milyon seçici parlamentin 230 nəfərlik heyətini müəyyən etməlidir.

Sosioloji sorğuların nəticələrinə görə hazırda hakimiyyətdə olan Baş nazir Pedru Pasuş Koelyunun rəhbərlik etdiyi “Portuqaliya İrəli” koalisiyasının daha çox mandat qazanmaq şansı var.

Bu seçkilərdə hakim koalisiyanın əsas rəqibi Portuqaliya Sosialist Partiyasıdır. Dörd il əvvəlki seçkilərdə parlamentdə 74 yer qazanmış sosialistlərin bu dəfə mandatların sayını 95-ə qədər artıra biləcəyi proqnozlaşdırılır. Bu partiyaya Lissabonun keçmiş meri Antaonio Koşta rəhbərlik edir.

Kommunistlər və “Yaşıllar” bir koalisiyada birləşiblər. İfrat solçular isə seçkilərə tək qoşulublar. Bu qüvvələrin də parlamentdə yer alacağı gözlənilir.

Əhalinin 28 faizinin hələ də kimə səs verəcəyini müəyyənləşdirmədiyi bildirilir. Bu amil seçkilərin tam nəticəsinin proqnozlaşdırılmasını xeyli çətinləşdirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi