Portuqaliyada meşə yanğınlarını söndürən təyyarə qəzaya uğrayıb

Portuqaliyada meşə yanğınlarını söndürən təyyarə qəzaya uğrayıb Qəzada ölənlərin olub-olmaması, hadisənin başvermə səbəbləri hələlik məlum deyil
Digər ölkələr
20 İyun , 2017 23:30
Portuqaliyada meşə yanğınlarını söndürən təyyarə qəzaya uğrayıb

Bakı. 20 iyun. REPORT.AZ/ Portuqaliyada xilasedici təyyarə qəzaya uğrayıb.

"Report"un məlumatına görə, bu barədə "BBC" ölkənin məmuruna istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, qəzaya uramış təyyarə meşə yanğınlarının söndürülməsində iştirak edirmiş. Qəzada ölənlərin olub-olmaması, hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Portuqaliyada baş vermiş meşə yanğınları zamanı ölənlərin sayı 64 nəfərə çatıb. Hakimiyyət orqanları ölənlərin sayının artacağını istisna etmirlər. Gücləndirilmiş tədbirlərə baxmayaraq, hələlik yanğına nəzarət etmək mümkün olmayıb.

Yanğınlar səbəbindən 27 kəndin sakini təxliyə olunub.

Son xəbərlər

Orphus sistemi