Bakı. 17 oktyabr. REPORT.AZ/ Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə ölkə hökumətinə istinadən AFP məlumat yayıb.
"Portuqaliyada oktyabrın 15-dən başlayan meşə yanğınları nəticəsində 41 nəfər dünyasını dəyişib", — deyə məlumatda qeyd olunur.
Bundan əvvəl ölənlərin sayının 35 nəfər olduğu bildirilirdi.