Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb - YENİLƏNİB

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb - YENİLƏNİB Onlardan 16 nəfəri öz maşınında yanıb
Digər ölkələr
18 İyun , 2017 06:56
Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 18 iyun. REPORT.AZ/ Portuqaliyanın mərkəzi hissəsində tüğyan edən meşə yanğınları qurbanlarının sayı artıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin baş naziri Antoniu Koşta məlumat yayıb.

"Biz 24 nəfərin öldüyünü təsdiq edirik, ehtimal ki, onların sayı daha çox ola bilər, lakin hazırda bunu təsdiq etmək mümkün deyil", - deyə Antoniu Koşta əlavə edib.

***04:10


Bakı. 18 iyun. REPORT.AZ/ Portuqaliyanın mərkəzi hissəsində tüğyan edən meşə yanğınları nəticəsində azı 19 nəfər həlak olub.

"Report" xəbər verir ki, onlardan 16-sının öz maşınında yanaraq öldüyü bildirilir.

"Biz 19 nəfərin öldüyünü təsdiq edirik – hamısı mülki şəxslərdir. Onların 3-ü tüstüdən boğulub, daha 16-sı isə öz avtomobilində Fiqeyro-duş-Vinyuşdan Kastanyera-de-Peraya gedən yolda çıxılmaz vəziyyətə düşərək yanıb", - deyə daxili işlər üzrə dövlət katibi Xorxe Qomes mətbuata açıqlamasında bildirib.

Son xəbərlər

Orphus sistemi