Portuqaliyada son sutkada koronavirusa daha 323 yoluxma və bu xəstəlikdən 6 ölüm faktı qeydə alınıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Qeyd olunub ki, bununla da ölkədə yoluxanların ümumi sayı 41 189-a, ölənlərin sayı isə 1 561-ə çatıb.
Məlumata görə, pandemiyadan 26 864 pasiyent sağalıb.