Portuqaliyada koronavirusa yoluxanların sayı 26 mini ötdü

Portuqaliyada koronavirusa yoluxanların sayı 26 mini ötdü Portuqaliyada son sutkada daha 480 nəfər koronavirusa yoluxub.
Digər ölkələr
6 May , 2020 17:48
Portuqaliyada koronavirusa yoluxanların sayı 26 mini ötdü

Portuqaliyada son sutkada daha 480 nəfər koronavirusa yoluxub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Portuqaliya Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada pandemiyadan 15 nəfər ölüb. Bununla da ölənlərin ümumi sayı 1 089-a, yoluxanların sayı isə 26 182-yə çatıb.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət rejimi mayın 4-də ləğv olunub, əvəzində yumşaldılan karantin rejimi tətbiq edilib.

Portuqaliya İspaniya ilə quru sərhədini mayın 15-dək bağlı saxlayacaq.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 259 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi