Portuqaliyada ötən sutkada 163 nəfərdə koronavirus aşkarlanıb.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, Pireney ölkəsində virusdan ölənlərin sayı 25 nəfər artaraq 928-ə yüksəlib. Ölkədə indiyədək ümumilikdə 24 027 nəfərdə koronavirus aşkarlanıb.
Portuqaliyada sağalanların ümumi sayı 1 357-yə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 013 000-i ötüb. Bunların 888 362 nəfəri sağalıb, 207 895 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.