Portuqaliyada koronavirusa yoluxanların sayı 27 200-ü ötdü

Portuqaliyada koronavirusa yoluxanların sayı 27 200-ü ötdü Portuqaliyada son sutkada daha 553 nəfərə COVID-19 diaqnozu qoyulub.
Digər ölkələr
8 May , 2020 17:24
Portuqaliyada koronavirusa yoluxanların sayı 27 200-ü ötdü

Portuqaliyada son sutkada daha 553 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, məlumatı Portuqaliya Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada pandemiyadan 9 pasiyent ölüb. Bununla da ölənlərin ümumi sayı 1 114-ə, yoluxanların sayı isə 27 268-ə çatıb. Son sutkada sağalan pasiyentlərin sayı 164 nəfər olub. Virusdan sağalanların ümumi sayı 2 422-yə çatıb.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət rejimi mayın 4-də ləğv olunub, əvəzində yumşaldılan karantin rejimi tətbiq edilib.

Portuqaliya İspaniya ilə quru sərhədini mayın 15-dək bağlı saxlayacaq.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,9 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 271 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi