Portuqaliyada son sutkada daha 209 nəfər koronavirusa yoluxub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Portuqaliya Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, son 24 saat ərzində pandemiyadan cəmi bir nəfər ölüb.
Bununla da ölənlərin ümumi sayı 1 717-yə, yoluxanların sayı isə 50 164-ə çatıb.
Ümumilikdə isə müalicə alan 35 157 pasiyent sağalıb.