Portuqaliya və İspaniyada səhvən ailələrə yaxınlarının COVID-19-dan öldüyünü bildiriblər

Portuqaliya və İspaniyada səhvən ailələrə yaxınlarının COVID-19-dan öldüyünü bildiriblər Portuqaliya və İspaniyada koronavirusa yoluxanların şəxslərin qohumlarına səhvən onların yaxınlarlarının COVID-19-dan öldüyünü bildiriblər.
Digər ölkələr
2 Fevral , 2021 03:54
Portuqaliya və İspaniyada səhvən ailələrə yaxınlarının COVID-19-dan öldüyünü bildiriblər

Portuqaliya və İspaniyada koronavirusa yoluxan şəxslərin qohumlarına səhvən onların yaxınlarlarının COVID-19-dan öldüyünü bildiriblər.

“Report” xəbər verir ki, birinci hadisə haqqında Portuqaliyanın “Jornal de Notícias” qəzeti yazıb. Məlumata görə, hadisə COVID-19-a yoluxmuş 92 yaşlı kişinin müalicə edildiyi “Entri-Doru-i-Voqa” xəstəxanasında olub. 10 gün sonra ailəyə pasiyentin öldüyünü bildiriblər.

Qohumlar dəfn mərasimi təşkil ediblər, ancaq 20 gün sonra məlum olub ki, ölən şəxs başqa pasiyent imiş.

İkinci hadisə haqqında İspaniyanın “La Voz de Galicia” qəzeti bildirib. Xove bələdiyyəsində yerləşən tibb müəssisənin bir palatasında 85 və 90 yaşlı pasiyentlər müalicə olunublar. Onlardan biri öldükə, həmin şəxsin ailəsinə yaxınlarının vəfat etdiyini bildiriblər. Lakin "ölmüş" qadın 10 gün sonra evə buraxılıb.

Son xəbərlər

Orphus sistemi