Portuqaliya 2020-ci ildə sellofan paketlərdən imtina edəcək

Portuqaliya 2020-ci ildə sellofan paketlərdən imtina edəcək Tezliklə, Portuqaliyaya gələn və mağazaya gedən turistlər, plastik paketlər və ya birdəfəlik qida qablarından istifadə edə bilməyəcəklər. Belə ki, Yaşıllar Partiyası ölkə parlamentinə meyvə, tərəvəz və çörək üçün sellofan qablaşdırmalardan imtina barədə qanun layihəsi daxil ediblər.
Digər ölkələr
2 May , 2019 03:49
Portuqaliya 2020-ci ildə sellofan paketlərdən imtina edəcək

Tezliklə, Portuqaliyaya gələn və mağazaya gedən turistlər, plastik paketlər və ya birdəfəlik qida qablarından istifadə edə bilməyəcəklər. Belə ki, Yaşıllar Partiyası ölkə parlamentinə meyvə, tərəvəz və çörək üçün sellofan qablaşdırmalardan imtina barədə qanun layihəsi daxil ediblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Evro Puls" məlumat yayıb.

İndi bütün mağazalar emal üçün praktiki olaraq qeyri-mümkün olan yüngül plastik qablaşdırmaya ekoloji bir alternativ tapmalıdır.

2021-ci ildə Avropa İttifaqı çoxdəfəliklə əvəz edilməsi mümkün olan bəzi birdəfəlik plastik məmulatların satışını qadağan edəcək.

Qadağa əsasən bütün birdəfəlik plastik qab-qacaqlara, içki çubuqları, birdəfəlik ərzaq konteynerləri və digər plastik məmulatlara aid ediləcək.

2030-cu ilə qədər Aİ-də bütün plastiklərin 50% -dən çoxunun emal ediləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi