Ukraynada enerjiyə qənaət üçün məktəblərdə yay tətillərinin qışa keçirilməsi təklif olunur

Ukraynada enerjiyə qənaət üçün məktəblərdə yay tətillərinin qışa keçirilməsi təklif olunur Müvafiq petisiya Ukrayna prezidentinin saytında yer alıb
Digər ölkələr
22 Oktyabr , 2016 06:03
Ukraynada enerjiyə qənaət üçün məktəblərdə yay tətillərinin qışa keçirilməsi təklif olunur

Bakı. 22 oktyabr. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenkodan elektrik enerjisi və qaza qənaət məqsədi ilə məktəblərdə yay tətillərinin qış fəslinə keçirilməsi xahiş olunub.

"Report" xəbər verir ki, müvafiq petisiya Ukrayna prezidentinin saytında yer alıb.

"Qaz və elektrik enerjisinə qənaət etmək üçün məktəblilər və tələbələr üçün tədris ilini yay əvəzinə qış tətili ilə etmək", — deyə petisiyanın mətnində bildirilir.

Petisiya təşəbbüskarları iddia edirlər ki, bu addım ölkədə qaz və elektrik enerjisinə tələbatın xeyli dərəcədə azalmasına kömək edəcək.

Son xəbərlər

Orphus sistemi